Bərdə rayonunda avtomobil oğurlayan şəxs Mingəçevirdə tutulub

Bərdə rayonunda avtomobil oğurlayan şəxs Mingəçevirdə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Y.Məmmədov martın 2-də şəhər ərazisindən “VAZ-21723” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S.Bayramov müəyyənləşdirilərək avtomobillə birgə Mingəçevir şəhəri ərazisində saxlanılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Kürdəmirdə ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı

SONRAKI XƏBƏR

“Alim kimi alim, adam kimi adam” - Baş redaktor tarixçi alim Dilavər Əzimlidən yazdı