Stokholmda üçüncü dalğa başladı

Stokholmda üçüncü dalğa başladı

İsveç Krallığının paytaxtı Stokholmda koronavirus infeksiyasının 3-cü dalğası başlayıb.

Cebhe.info xəbər verir ki, artıq yerli dairələr üçüncü dalğaya hazırlaşdıqlarını bəyan edib.

"Bizdə artıq 3-cü dalğa başlayıb, o, artıq buradadır",- deyə səhiyyə departamentinin direktoru Yuhan Bratt bugünkü mətbuat konfransında bildirib.

Son 3 həftədə bölgədə yoluxma azı iki dəfə artıb. 22-19 fevralda Stokholmda 6 336 yoluxma qeydə alınıb. 3 həftə isə bu rəqəm cəmi 3 225 olmuşdu. Yeni ildən sonra yoluxma sayında azalma olsa da, indi rəqəmlər sürətlə artıb.

Xəzər

 

Mənbə: cebhe.info