Qırmızı qəsəbə bu xüsiyyətlərinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir

Yəhudilər XVI əsrdə İrandan gəliblər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. SİA-nın verdiyi məlumata görə, dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olub. Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halında, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş rayonlarında yaşayan ləzgilər isə Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ön yerlərdən birini tuturlar. Azərbaycan yüzlərlə il əvvəl İrandan Qafqaz dağlarına köç edən yəhudi xalqının yeganə varisi olan dağ yəhudilər (Qafqaziya yəhudiləri) də daxil olmaq üzrə bir çox müxtəlif etnik qrupa ev sahibliyi edir və onların birgə yaşayışını təmin edir.

Dağ yəhudiləri tarix müzeyinin direktoru İqor Şaulov deyib ki, dağ yəhudiləri tarix müzeyi dünyadakı tək müzeydir və orada onların sənədləri, ev əşyaları və müxtəlif əsərləri sərgilənir: “Dağ yəhudilərinin keçmişinə və mədəniyyətlərinə həsr olunan bu muzey həm də yəhudilər və Azərbaycan xalqı arasındakı qarşılıqlı əlaqəni və hörməti də hiss etdirir. Qubanın Qırmızı qəsəbəsi özünə spesifik olan memarlıq tərzinə görə Azərbaycanın digər bölgələrindən fərqlənir. Burada yaşayan dağ yəhudiləri əsrlər boyu adət ənənələrini qoruyub saxlayıb”.

Juhuridə "altı günbəzli senaqoq" mənasını verən Şeşkombara muzey bələdçisi Naim Niftəliyev fikirlərini belə ifadə edib: “Bura ana dilimizdə “altı günbəzli senaqoq” mənasını verir. Bu bina 1888-ci ildə tikilib və sinaqoq rolunu oynayıb, lakin Sovet dövründə din qadağan edildiyi üçün xalça toxuma fabriki kimi istifadə olunub. Ancaq SSR-nin dağılmasından sonra yenidən bərpa edildi və yenidən senaqoq kimi fəaliyyət göstərir. Təxminən üç min beş yüz nəfərlik əhalisi olan Krasnaya Slobodanın, İsrail və ABŞ xaricindəki dünyadakı yeganə yəhudi qəsəbəsi olduğuna inanılır. Bölgədə iki senaqoq var, digərində isə senaqoq uşaqların “Tövrat”ı, “İbrani” dilini öyrənməsi üçündür. 1990-cı illər bəzi gənclər üçün çətin keçdi. Sovet İttifaqının dağılmasından sonra çoxları iş axtarmaq üçün icmalarını tərk etməli oldu. Ancaq indi gənclər qismən pravoslav yəhudi təbliğ qrupları sayəsində sosial cəhətdən daha yaxşıdırlar. Azərbaycanda əsas din İslam olmasına baxmayaraq yəhudilik və digər dinlər də var”.

İslam Birliyinin dini alimi Həmdulla Dənyarov bildirib ki, yəhudilər və müsəlmanlar burada əsrlər boyu birlikdə yaşayırlar: “Belə bir qonşuluğun bütün dünyada yerləşməsi çox gözəl olardı. Dağ yəhudiləri muzeyi keçən il açıldı və bizə bir növ bu cəmiyyətlə tanış olmaq imkanı verdi. Bu həm də ənənələrini və mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün bir fürsətdir”.

Qönçə Quliyeva

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Sarkisyan baş qərargah rəisi ilə görüşdü

SONRAKI XƏBƏR

"Qəbələ"nin sabiq futbolçusu baş məşqçi oldu