Koronavirüsa yoluxanları ölümdən qurtaran dərmanlar AÇIQLANDI

Koronavirüsa yoluxanları ölümdən qurtaran dərmanlar AÇIQLANDI

ABŞ-ın Kolumbiya Universitetinin alimləri, xolesterol səviyyələrini salmaq üçün statin qəbul edən COVID-19 xəstələrində ölüm riskinin təxminən iki dəfə azaldığını kəşf ediblər.

Sonxeber.az-ın verdiyi xəbərə görə, tədqiqatçılar, pandemiyanın ilk 18 həftəsi ərzində xəstəxanaya yerləşdirilən 2626 koronavirus xəstəsi haqqında məlumatları təhlil ediblər. Üstəlik, 648 nəfər COVID-19-a yoluxmazdan əvvəl mütəmadi olaraq statin qəbul edib.

Statin qəbul edənlər arasında 96 nəfər (14,8 faiz) xəstəxanaya yerləşdirildikdən sonra 30 gün ərzində xəstəxanada ölüb, statin qəbul etməyənlərdə isə bu göstərici 172 xəstə (26,5 faiz) olub.

Lent.az

Mənbə: sonxeber.az