Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub

Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda ötən il ərzində vəfat edən insaların yaş kateqoriyaları açıqlanıb.

Trend-in məlumatına görə, ötən il ölkədə 75647 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib.

Ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.

Mənbə: az.trend.az