120 yaşlı qadının sağlamlıq sirri – Günə 1 kiloqram şokolad

120 yaşlı qadının sağlamlıq sirri – Günə 1 kiloqram şokolad

Fransız uzunömürlüsü 122 il yaşamış Janna Kalman rəsmən son 50 ildə ən çox yaşayan qadın kimi tarixə düşüb.

Qadının belə uzun ömür sürməsinin səbəbini tapmaq üçün həyat tərzi, qidalanması ciddi araşdırılıb.

Medicina.az xəbər verir ki, qadın yaşağıdı ərazidə hər yerə piyada və ya velosipedlə getmiş, 100 yaşına kimi velosiped sürmüşdür.
117 yaşına kimi tütün çəkmiş, yalnız gözləri tutulanda siqareti tərgitməyə məcbur oldu.
Cavanlığından şərab içər, lakin mütləq hər gün yarım –bir kq şokolad yeyərdi.

Özü uzun ömür sürüb, ərini, qızlarını, nəvəsini itirsə də, o daim pozitiv idi.

"Əgər bir hadisə ilə bağlı sizin edəcəyiniz bir şey yoxdursa, ona görə narahat olmağa dəyməz" – onun devizi belə idi.
Janna ət az yeyər, yalnız zeytun və kərə yağı istifadə edirdi.
 

Mənbə: sonxeber.az