Tərtərdə “COVID-19”a qarşı vaksinasiya (VİDEO)

Tərtərdə “COVID-19”a qarşı vaksinasiya (VİDEO)

Tərtər rayonunda tibb işçiləri, 50 və 65 yaşdan yuxarı vətəndaşların koronavirusa qarşı vaksinasiya prosesi davam etdirilir.

Rayon Mərkəzi Xəstəxanasında yaradılan peyvənd məntəqəsində sakinlərin qeydiyyatı aparılıb müayinə edildikdən sonra onlara vaksin vurulur.

Artıq 2-ci doza peyvənd olunan tibb işçiləri infeksiya ilə mübarizə üçün vətəndaşları da bu prosesdə aktiv iştirak etməyə çağırır.

Qeyd edək ki, ölkəmizdə koronavirusa qarşı vaksinasiyada Çinin Sinovac şirkətinin CORONAVAC peyvəndindən istifadə olunur. Yanvarın 21-dən başlayaraq regionlarda da mərhələli şəkildə əhalinin müxtəlif təbəqələri vaksinasiyaya cəlb olunur.

 

Mənbə: www.realtv.az