Dünyada bir ilk: 9 meymuna koronavirus peyvəndi vuruldu...

Dünyada bir ilk: 9 meymuna koronavirus peyvəndi vuruldu...

ABŞ-da zooparkların birində 9 böyük meymuna koronavirus peyvəndi vurulub. Sözügedən heyvanların dünyada insanlar xaricində peyvənd vurulan ilk canlılar olduğu bildirilib.

KONKRET.az xəbər verir ki, Kaliforniyada yerləşən zooparkda bir qorilla, üç oranqutan və beş bonobo cinsi meymuna koronavirus peyvəndi vurulub.

Qeyd edək ki, heyvanlar üçün sınaq məqsədi ilə hazırlanan peyvəndlərin insanlara da tətbiq edilə biləcəyi bildirilib.

Mənbə: konkret.az