Əhmədinejat - Varlı ölkənin kasıb PREZİDENTİ

Söhbət İrananın eks-prezidenti Mahmud Əhmədinejatdan gedir. İndi onun 65 yaşı var, qoca kişidir. Bizim nazir Ziya Məmmədov kimi kənddə mal-qara saxlayır, qoyunlarını özü otarır. Arvadı Fərahi xanım da ona kömək edir. O, 2005 – 2013-ci illərdə 8 il İran İslam Respublikasının prezidenti, bundan əvvəl 3 il Tehran şəhərinin meri olub. İranın 80 milyon əhalisi var, dünyanın ən varlı ölkələrindən biridir. Qaz ehtiyatlarına görə dünyada 3-cü, neft ehtiyatlarına görə 4-cü yeri tutur...

Mahmud Əhmədinejat 2005-ci ildə Tehranda Prezident sarayına gələndə ilk növbədə qiymətli, ipək İran xalçalarını yığışdırdı, paytaxt məscidlərinin birinə bağışladı. İşə çantasında özü ilə nahar yeməyi - ya pendirlə, ya da ətlə çörək gətirirdi. Yoldaşı Fərahi xanım Tehran universitetlərinin birində xadimə işləyirdi. Tehranda ailəliklə atadan qalma köhnə evlərində yaşayırdılar, 1977-ci ilin “Opel” maşınından istifadə edirdilər. İşə təyin olunan hər bir nazir Qurani Kərimə əl basıb təmiz işləyəcəyinə and içirdi. Yeri gəlmişkən, Əhmədinejat özü də Qurana əl basmışdı və 8 ildə bir qəpik haram pul almamışdı. Onun 3 övladı - 2 oğlu, bir qızı var. Övladları heç biri dövlət vəzifəsi tutmayıb, indi də tutmur.

 

2010-cu illərdə Prezident Əhmədinejat ABŞ-da səfərdə (qeyri-rəsmi!) olanda mətbuat konfransı keçirir. Yerli telekanalların birinin cavan qadın müxbiri ona qeyr-adi sual verir: ”Siz səhər duranda güzgüyə baxırsınızmı, baxırsınızsa, nə fikirləşirsiz?” Əhmədinejat adi cavab verir: “Baxıram və fikirləşirəm ki, sən heç kimdən artıq deyilsən, İran xalqının nökərisən”.

 

Yeri gəlmişkən, Əhmədinejat 2013-cü ildə vəzifəsindən gedəndə yüksək dövlət pensiyasından imtina edib, deyib ki, mən İran xalqının rəhbəri yox, nökəri olmuşam, mənə adi pensiya da bəsdir...

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Vladimir Putin "daha bir sarayı" haqda

SONRAKI XƏBƏR

ABŞ, Avropa İttifaqı və NATO Türkiyəyə 10 hərbçinin həlak olması ilə bağlı başsağlığı veriblər