Çin əsas prioritetlərini açıqladı

Çin əsas prioritetlərini açıqladı

Çin 2021-ci il üçün əsas prioritetlərini elan edib. Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Əsas vəzifələrimizdən biri idxal olunan COVID-19 hallarının qarşısını almaqdır. Xaricdən Çinə gələnlər üçün profilaktik və nəzarət tədbirlərini ciddi şəkildə həyata keçirəcəyik, giriş limanlarında ictimai sağlamlıq sistemini yaxşılaşdıracağıq və ölkəyə gəlməzdən əvvəl sərnişinlər üçün tam PCR testini təmin edəcəyik", - deyə Çinin yaydığı rəsmi məlumatda bildirilib.

Həmçinin, hökumətin dondurulmuş qidalar və idxal olunan digər qida məhsulları üçün dezinfeksiya tədbirlərini gücləndirmək planları vurğulanıb.

Mənbə: azvision.az