8 Martda ictimai nəqliyyatın məhdudlaşdırılması doğrudur? - Vüqar Cavadzadə

8 Martda ictimai nəqliyyatın məhdudlaşdırılması doğrudur? - Vüqar Cavadzadə

"İctimai nəqliyyatın 8 Mart qadınlar bayramında fəaliyyətinin məhdudlaşdırılmasının əsas məqsədi yoluxmaların qarşısını almaqdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. O, bunu epidemik cəhətdən düzgün qərar hesab etdiyini vurğulayıb:

"8 Mart Beynəlxaq Qadınlar Bayramı günü olduğu üçün insanların ictimai nəqliyyatda, mağazalarda və digər məkanlarda sıxlığı müşahidə ediləcək. Onsuz da ictimai nəqliyyatda sıxlıq çoxdur. Bayram günü daha da çox olacaq. Bu da epidemik cəhətdən yoluxanların saylarının artmasına səbəb ola bilər”.

Vüqar Cavadzadə qeyd edib ki, epidemik alovlanmanın baş verməməsi üçün hər bir günün öz əhəmiyyəti var.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Xatırladaq ki, 8 Mart Qadınlar günü iş günü olmayan bayram günüdür.

Mənbə: qaynarinfo.az