Səlcuq Bayraqdardan şəhid generalla bağlı PAYLAŞIM - FOTO

Səlcuq Bayraqdardan şəhid generalla bağlı PAYLAŞIM - FOTO

Bayraqdar pilotsuz uçuş aparatlarının yaradıcısı Səlcuq Bayraqdar Türkiyədə qəzada həlak olan general və heyət haqqında sosial şəbəkədə paylaşım edib.

KONKRET.az paylaşımın mətnini təqdim edir:

“2010-cu ildə PUA-larımızı inkişaf etdirərkən tanış olduğum Osman Ərbaş-Paşa və qəhrəman əsgərləri Bitlisdə bir helikopter qəzasında öldü. Allah şəhidlərimizə rəhmət və yaralılara şəfa versin. Bu illər ərzində dostluğumuz heç kəsilməmişdi. Osman Ərbaş Paşa türk PUA-larının yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib”.

Mənbə: konkret.az