“BMTİP-QEF Kür II layihəsi” çərçivəsində məktəblilər üçün növbəti mühazirə keçirilib

“BMTİP-QEF Kür II layihəsi” çərçivəsində məktəblilər üçün növbəti mühazirə keçirilib

Bakı Kitab Mərkəzində suyun səmərəli istifadəsinə və Kür çayının problemlərinə həsr olunmuş növbəti maarifləndirici mühazirə təşkil edilib. Mühazirədə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri iştirak edib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, “BMTİP-QEF Kür II layihəsi”, Arts Council Azerbaijan, Baku Book Center və “Simurq” uşaq musiqi festivalının birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində “Kür boğçası” tədris vəsaitinin və “Suyu qoruyanlar” komikslər toplusunun təqdimatı keçirilib, suyun rasional istifadəsinin zərurəti haqqında məlumat verilib.

Tədbirin sonunda “Simurq” uşaq musiqi festivalının iştirakçıları kiçik konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Bakı Kitab Mərkəzində müxtəlif ekspertlər tərəfindən məktəblilər üçün suya qənaət mövzusunda maarifləndirici mühazirələr davam edəcək.

Mənbə: azertag.az