Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faizdir

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faizdir

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,0 faiz, sahibkarlar arasında isə 21,3 faizdir.

Mənbə: apa.az