Rusiyada yaşı 60-dan çox olanların “EpiVakKorona” ilə vaksinasiyasına icazə verilib

Rusiyada yaşı 60-dan çox olanların “EpiVakKorona” ilə vaksinasiyasına icazə verilib

Rusiyada yaşı 60-dan yuxarı olan şəxslərin koronavirusa qarşı “EpiVakKorona” ilə vaksinasiyasına icazə verilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Rospotrebnadzor” koronavirusa qarşı Rusiyanın dövlət qeydiyyatından keçən ikinci vaksini olan “EpiVakKorona”nın yaşı 60-dan çox olan insanlara vurulmasına icazə verib.

Qeyd edək ki, buna kimi “EpiVakKorona” peyvəndinin 18-60 yaş arası şəxslərə vurulmasına icazə verilib. “EpiVakKorona” Rusiyanın Vektor Mərkəzi tərəfindən yaradılan koronavirusa qarşı ikinci vaksin preparatıdır. Rusiyanın koronavirusa qarşı ilk vaksin preparatı isə “Sputnik V”-dir.

Mənbə: apa.az