COVİD pasportları tətbiq ediləcək - Vaxt açıqlandı

Avropa Komissiyası mart ayından COVİD pasportlarının tətbiqi planını təqdim edəcək.

Bu barədə “Sherg.az” “Rambler.ru”ya istinadən xəbər verir. Belə tədbirlərin Avropa Birliyi sərhədlərinin açılmasını sürətləndirəcəyi gözlənilir.

Məlumatda bildirilir ki, Avropa Komissiyası COVİD pasport sisteminin əsas prinsiplərini Avropa Birliyinin 27 ölkəsinin Xarici İşlər Nazirliyinə göndərib. Qurum turizm mövsümünün əvvəlinədək səyahət məhdudiyyətlərini ləğv edə bilmək məqsədilə sözügedən pasportları ən qısa müddətdə tətbiq etmək niyyətindədir.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

80 yaşlı sabiq deputat - Əsmətxanım Məmmədova

SONRAKI XƏBƏR

Fahriye Evcenin 35 manatlıq üst geyimi FOTOLAR