Texnologiya sahəsində nələr gözlənilir? 2021-ci ildə

2021-ci il nəhəng texnoloji şirkətlər üçün çətin olacaq. Çünki onlara daha çox qaydalar tətbiq ediləcək. Avropa və ABŞ-da səlahiyyətlilər Facebook, Amazon, Apple və Alphabet şirkətlərini rəqabət və nəzarət mexanizmləri ilə sıxışdırmağa başlayıblar.

2020-ci ilin son həftələrində Facebook, Amazon və Apple kimi şirkətlərin üzərində "qara buludlar" gəzirdi. ABŞ-dakı federal səlahiyyətlilər və 45 əyalət vəkili Facebook-u, rəqiblərini almaq və rəqabəti dayandırmaq üçün qanunsuz hərəkətlər etməkdə günahlandırıb.
Dekabr ayında Avropa Komissiyası böyük texnologiya şirkətlərinin necə tənzimlənəcəyinə dair yeni bir qanun layihəsini təqdim edib. İngiltərədə rəqabəti və bazarları tənzimləyən qurum bu şirkətlərə qarşı sanksiyalar tələb edəcək bir mexanizm yaradıb. Digər tərəfdən, bu şirkətlər ABŞ-ın yeni prezidenti Co Baydenin necə davranacağını maraqla gözləyirlər. Bayden bundan öncə Facebook başda olmaqla, böyük texnologiya şirkətlərini tənqid edib. Bu şirkətlərdə inhisarçılığın qurulmasına qarşı çıxan bir çox insanlar da var.
Bu il koronavirus pandemiyası səbəbindən Aviasiya və kosmik sənaye sahəsi üçün çox çətin olub. Lakin, hər iki sektor hələ də araşdırma və inkişafda fəal olduqlarını bildirirlər. "Airbus" sentyabr ayında hidrogenlə işləyən üç yeni dizaynda öz modelini təqdim edib. "Rolls-Royce" də 2021-ci ildə elektrikli təyyarə təqdim edəcək. Şirkət bu təyyarəni sürət rekordunu qıran ilk elektrikli uçan vasitə halına gətirməyi planlayır.
Həmçinin bu il bir çox pərakəndə satış şirkəti üçün də çox çətin bir il olacağı gözlənilir. İnsanların onlayn alış-verişə üz tutduğu vaxtda pərakəndə satış sektorunda bir çox dəyişiklik olacağı ehtimalı var. Gələn il də Amazonun mağaza sayının artıracağı mümkündür. Hazırda ABŞ-da 20 mağaza fəaliyyət göstərir və İngiltərədə daha çox mağaza açmağı planlaşdırırlar. "Dropbox" və "Twitter" bütün işçilərinin bundan sonra evdə çalışacaqlarını açıqlayıb. "Microsoft" və "Facebook" da işçilərinin çoxunun evdə qalmağa davam edəcəklərini bildirib. Bu texnologiya şirkətlərinin qazanc əldə etmək üçün yeni bir iş üslübudur. Xüsusilə, təhlükəsizlik sahəsində çalışan şirkətlər üçün bunlar mənfəət anlamına gəlir.
Eyni zamanda, işçilər arasında əməkdaşlığı təmin edən proqrama tələbat da artır. Son zamanlarda "Miro" və "Mural" kimi proqramlara da tələb artıb. "Mural" bu il bir milyondan çox aktiv istifadəçi qazanıb. Bu proqram sayəsində həmkarlar ortaq bir layihə üzərində birlikdə çalışa bilirlər.
ABŞ-ın Feniks şəhərində "Waymo" adlı şirkətin sürücüsüz hərəkət edən təxminən 300 avtomobili var. Oktyabr ayında sınaq icazəsini alan "Cruise da Waymo" kimi dövlət xidməti göstərmək planlanır. Bunun nə vaxt baş verəcəyi isə hələ bilinmir. Oktyabr ayında açılan "Waymo One" adlı xidmət dünyada bir ilkdir.
"Lyft" da San-Fransiskoda təcrübələr aparır. Digər tərəfdən, "Uber" özünü idarə edən avtomobil barədə inkişaf planlarından imtina edib. Şirkət sürücüsüz nəqliyyat vasitəsini Amazon tərəfindən dəstəklənən "Aurora Technologies"ə satıb. Bu şirkət də istiqamətini taksi və qida çatdırılması xidmətlərinə yönəldib. "AutoX" şirkəti Şençjen-də sınaqdan keçirmək üçün 25 uzaqdan idarə olunan avtomobil götürüb.

Ayşən Sadıxzadə

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Bu peyvəndin yan təsirləri aşkarlandı

SONRAKI XƏBƏR

Türkiyə-Azərbaycan hərbi təlimləri erməniləri təşvişə saldı