Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub

Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub

Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 3-də Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edib içərisində 220 manat məbləğində pul, bank kartı və mobil telefon olan sellofan paketi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Q.Manafov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az