Çürük dişi ona baha başa gəldi: Bütün bədəninə infeksiya yayıldı

Türkiyədə İhsan Sağra dişindəki çürüyü önəmsəmədiyi üçün özünü əməliyyat masasında tapdı.

Milli.Az xəbər verir ki, İhsan Sağra dişində başlayan ağrılardan sonra həkimə gedib. Ancaq həkimlər dişində iltihab yarandığını, kirli halda çıxartmağın mümkün olmadığını bildiriblər. Ağrıları dayanılmaz olan və boynunda şişlik yaranmağa başlayan adam təkrar başqa bir həkimə gedib.

Aparılan yoxlanışlardan sonra iltihaba görə bədənində ciddi infeksiya yarandığını və bunun da başına və ağciyərinə yayıldığı məlum olub.

Həkimi Ahmet Yılmazın sözlərinə görə, bu xəstəliyə nadir halda rastlanılır: "Bu xəstəlik çox təhlükəlidir və sürətlə irəliləyir. Xəstəliklə qarşılaşanların çoxu həyatını itirir. Amma İhsan bəy çox dayanıqlı çıxdı. Biz də əlimizdən gələni etdik. Əməliyyatdan sonra 2 ay müalicəsi davam etdi və xəstəmiz sağaldı. Artıq o yemək yeməyə də başlayıb". 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Mançester Yunayted"in borcunun məbləği açıqlandı

SONRAKI XƏBƏR

Günay Orucova “Şərəf” ordeni ilə təltif edildi