İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb

İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb

Bakı. Trend:

İtaliyada 2020-ci ilin mart və dekabr ayları arasında ölüm hadisələri əvvəlki illərin eyni dövrünə nisbətən 21 faiz artıb.

Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İnstitutunun hesablamalarında deyilir.

Bildirilir ki, mart-dekabr ayları arasında 2015-2019-cu illər üçün bu ayların orta göstərəciləri ilə müqayisədə İtaliya ərazisində 108.178 nəfər çox insan vəfat edib.

Ümumilikdə 2020-ci ildə İtaliyada təxminən 746 min insan dünyasını dəyişib ki, bu da əvvəlki illərin ortalama göstəricilərindən təxminən 100 min çoxdur. Həmçinin bu, müharibədən sonrakı bütün dövrlər üçün ölkədə ölüm hadisələrinin ən çox sayı olub.

Mənbə: az.trend.az