Fransada iqlim dəyişikliyinə etiraz edərək təyyarəni rəngləyən fəallar həbs edilib

Fransada iqlim dəyişikliyinə etiraz edərək təyyarəni rəngləyən fəallar həbs edilib

Fransada 9 nəfər iqlim müadfiəçiləri paris hava limanında təyyarəni yaşıl boya ilə rənglədikləri üçün saxlanılıb.

Aktivistlər Parisin Şarl De qol Hava limanının çəpərini qeyri qanuni yolla keçərək Fransa Hava yollarına məxsus “Boeing 777” laynerinə yaxınlaşaraq onları rəngləməyə başlayıblar.

Fəalların bir neçəsi təhlükəsizlik işçilərinin əmrlərinə baxmayaraq, təyyarədən enməkdən imtina edilər. Daha sonra onlar polis əməkdaşları tərəfindən saxlanılıblar. Fransa hava yollarından bildirilib ki, hadisə ilə əlaqədar hava limanının işində və təyyarələrin uçuşlarında hər hansı problem olmayıb. Qrinpis təşkilatının tviter hesabında məsələ ilə əlaqədar bildirib ki, bu iqlim dəyişikliyi və ətraf mühitin tənzimlənməsi mövzusunda məlumatlılığı artırmaq məqsədilə edilib.

Qeyd edilib ki, bu həm də Fransa Parlamentində keçiriləcək iqlim qanun layihəsi müzakirəsi ərəfəsində təşkil olunduğu da təsadüfi deyil.

Mənbə: www.realtv.az