ÜST vaksinasiya ilə bağlı ciddi addımlar atır

ÜST vaksinasiya ilə bağlı ciddi addımlar atır

COVAX proqramı ilə ilin sonunadək 2 mlrd. dozada peyvənd paylanılacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri COVAX proqramı çərçivəsində peyvəndlərin paylanmasının yetərli olmadığını, bəzi ölkələrin kütləvi vaksinasiyada lazımsız yerə yarışa girdiyini bildirib.

Tedros Adanom Gebreyesus Cenevrədə keçirilən mətbuat konfransında COVAX proqramının son uğurlar və çətinlikləri barədə fikir bildirdi. O qeyd edti ki, ilin sonuna qədər proqram çərçivəsində 2 mlrd dozada peyvəndin paylanması nəzərədə tutulur.

Hələlik 20 ölkəyə 20 mln dozada peyvəndin verilməsi təmin edilib. Baş məsləhətçi Brus Aylvard, ən böyük çətinliklərdən birinin peyvəndin istifadəsi üçün ölkələrin tənzimləmə icazəsi və məsuliyyət müddəaları olduğunu söylədi.

Konfrans iştirakçıları həmçinin koronavirusun yaratdığı psixoloji problemlərə də toxundular. ÜST Səhiyyə Fövqəladə Hallar Proqramının texniki meneceri Maria Van Kerxov bildirdi ki, ÜST bununla bağlı ciddi addımlar atmaqdadır.

Mənbə: www.realtv.az