Uşağı müstəqil şəkildə dərs çalışmağa necə öyrətmək olar?

Uşağı müstəqil dərs çalışmağa məktəbdə oxuduğu ilk 3-4 ildə öyrətmək lazımdır.

Day.Az gent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi nəticəyə görə, məhz bu dönəmdə uşaq məmnuniyyətlə dərs öyrənir.

Odur ki, bu anı qaçırma.Əgər o, bir az böyüyüb, hələ 6-7 il məktəbli olacağı fikrindən dəhşətə gəlsə, deməli iş-işdən artıq keçib.

Qeyd etmək lazımdır ki, məhz dördüncü sinifin sonlarında uşağın dərs çalışma qabiliyyəti aşağı düşür və biliyə qarşı marağı sönməyə başlayır.

Övladınız hətta istedad baxımından sizə oxşasa belə, siz onu kitab, dəftər və qələmlə tək saxladıqda o yenə də dərslərini etməyəcək. Bu prosesə müdaxilə etməsəniz vəziyyətə sonuncu sinifədək dəyişməyəcək. Əmin olun.

Aşağı sinif şagirdinin dərs hazırlaması prosesi sizə nə qədər asan gəlsə də, bu olduqca mürəkkəb fəaliyyətdir. Uşağın "öz aləmində" olması və ya dəli kimi otağın içində ora-bua qaçması tənbəlliklə bağlı deyil. Gərək siz onun yanında oturub nəyi necə etmək lazım olduğunu göstərməlisniz. Uşaqla ev işlərinin hansı sıralamada ediləcəyini müzakirə edin. Kitabları çıxardın, dəftər qələmi səliqəli şəkildə masanın üzərinə qoyun, verilən məsələni oxuyun və onu həll edin.

Burda əsas məsələ, uşağa imtina edə bilməyəcəyi plan verməkdir.

Əgər ona hər şey alınırsa, siz qarışmırsınız və yanında oturub öz işinizi görürsünüz. Lakin o çətinlik çəkməyə başlayanda siz ona kömək edirsiniz.

Bir müddət keçdikdən sonra o artıq müsətqil şəkildə ev işlərini görməyə davam edəcək.

Day.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynanın sabiq prezidenti: Rusiya belə etsə...

SONRAKI XƏBƏR

“Muğanbank”ın filialı yandı - FOTO