Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 116 670 105 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 2 592 085 xəstə ölüb, 92 282 109 nəfər sağalıb.

Avropada 34 839 082, Şimali Amerikada 33 972 843, Asiyada 25 395 950, Cənubi Amerikada 18 434 928, Afrikada isə 3 975 048 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 593 704 nəfər), Hindistan (11 191 864 nəfər), Braziliya (10 871 843), Rusiya (4 301 159 nəfər) və Böyük Britaniyadır (4 207 304 nəfər).

Türkiyədə 2 757 460, İranda 1 673 470, Gürcüstanda 272 262, Ermənistanda isə 173 749 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (88 285 nəfər), İranda (60 512 nəfər) və Türkiyədədir (28 901 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 236 012 nəfərin 3 235-i ölüb, 229 442-si sağalıb.

Mənbə: oxu.az