Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ

Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ

Bu gün hava şəraitinin çox küləkli olması müəyyən fəsadlar ortaya çıxartdı. Hətta iş o yerə çatdı ki, magistral yollarda külək iri tonnajlı yük maşınlarını aşırdı. TIR-ların aşması əsas yollarda hərəkətin intensivliyinə maneə yaratdı.

Bəs Bakı DYP bu cür hadisələrin baş verəcəyini əvvəlcədən nəzərə alaraq avtomobillərini təhlükəli, riskli nöqtələrdə saxlayan sürücülərə, xüsusən də iri tonnajlı yük maşınlarını idarə edənlərə xəbərdarlıq edibmi? 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovniki Vaqif Əsədov Modern.az-a mövzu ilə bağlı danışıb. O bildirib ki, meteroloqların verdiyi informasiyalar əsasında insanlara  dəfələrlə xəbərdarlıq olunub:

“Hazırda Bakı şəhərində çox güclü külək müşahidə edilir. Sürücülərdən xahiş olunur ki, mümkün qədər avtomobillərdən istifadə etməsinlər. Küləyin sərt əsdiyi bölgələrdə sürət həddi aşılıbsa, artıq avtomobilin qəzaya uğrama ehtimalı çox böyükdür. Sürücülər çox diqqətli olmalıdırlar, avtomobillərini harada saxladıqlarına nəzarət etsinlər, unutmasınlar ki, külək hər cür fəsadlar yarada bilər”.

Mənbə: reportyor.info