Arazda balıq ehtiyatları niyə azalıb? - VİDEO

Ölkədə ən böyük çaylardan biri olan Araz həm də zəngin balıq ehtiyatına görə seçilib. Amma son illər Araz çayında balıq ehtiyatının azalması müşahidə olunur. Bəs balıqlar niyə azalır? Bundan çıxış yolu varmı? Cavabını əməkdaşlarımız təcrübəli balıqçılardan soruşublar.

Milli.Az xezerxeber.az -a istinadən bildirir ki, Zaur İsmayılov və Nail Məmmədov uzun illərdir həvəskar balıqçılıqla məşğul olurlar. Asudə vaxtlarını Araz çayının kənarında balıq tutmaqla keçirirlər. Bu zaman ovçuluq ənənələrinə və qanunlara əməl etdiklərini deyirlər..

Təcrübəli balıqçılar Arazda artıq əvvəlki kimi balıqların bol olmadığını bildirirlər. Əvvəlki illərdə 1 saata 2 və ya 3 iri balıq tutmaq mümkün olurdusa, indi 1 və ya 2 gün ərzində tilova 4-5 iri balıq ancaq düşür.

Araz çayı Kür çayı ilə müqayisədə balıqların kürü tökməsi üçün əverişlidir. Eyni zamanda Araz çayı bir o qədər lilli olmadığından balıqların böyük bir hissəsi kürütökmə dönəmində Xəzər dənizindən Kür çayına, oradan da Araz çayına keçir. Amma əsas təhlükə də buradan başlayır. Qanunla bu ərəfədə balığın ovlanması qadağan edilsə də, brakonyerlər gecə-gündüz kütləvi balıq ovunu həyata keçirirlər.

Araz çayında balıqların sürətlə azalmasının başlıca səbəblərindən biri də budur. Brakonyerlər çayda balıqların kütləvi ovlanması zamanı qanunla qadağan edilən müxtəlif vasələrdən istifadə edirlər. Bəzən isə deşilmiş, cırılmış sintetik torlarını da çaya atırlar.

Balıqçılar, həmçinin onu da qeyd edirlər ki, hər balığın özünün kürüləmə dövrü var. Amma hava-iqlim şərainin son illərdə dəyişməsi balıqların kürü tökmə dövrünü də bir qədər tezləşdirib.

Təcrübəli balıqçılar deyirlər ki, brakonyerlərə qarşı mübarizə tədbirləri bir qədər də sərtləşdirilməlidir. Çünki belə davam edərsə, bəzi balıqların nəsli kəsilə bilər.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Myanmada ordu daha iki etirazçını başından güllələdi

SONRAKI XƏBƏR

Pişik pilota hücum çəkdi: Təyyarə təcili eniş etdi