Niderland səfiri Azərbaycan qadınlarını təbrik edib

Niderlandın Bakıdakı səfiri Pauline Eizema Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Azvision.az xəbər verir ki, bu barədə xanım səfir "Twitter" hesabında paylaşım edib.

"Azərbaycandakı bütün qadınları bu xüsusi gün münasibətilə təbrik edirəm! Bu gün biz qadınların sosial, iqtisadi və siyasi uğurlarını qeyd edirik. Həm də bu gün qadın hüquqlarının yaxşılaşdırılması üçün hərəkətə çağırmaq üçün istifadə edirik, çünki hələ görüləsi çox iş var!".

Pərvanə Sultanova

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Professordan xəbərdarlıq: “Karantin tədbirləri sərtləşdirilə bilər”

SONRAKI XƏBƏR

Tonlarla alma yola dağılıb - VİDEO