Deyingən Tükəzbanlar küçəyə çıxıb nə istəyir?

Deyingən Tükəzbanlar küçəyə çıxıb nə istəyir?

Kubra Məhərrəmova yazır…

Mən hər zaman qadının yanında olmuşam. Bacardığım qədər dəstək olmağa çalışmışam.

Hər dəfə imkan düşəndə qız övladlarının qorunması üçün bacardığımı etmişəm.

Bu gün “feminizm” pərdəsi altında yürüş edən qadınları anlamaq mənim üçün çətindir.

Bu gün bizim baş taclarımız var. Bizim heç birimizin çəkə bilmədiyini çəkən qadınlar, analar, bacılar var.

Ən böyük sevgisini torpağa gömənlər var.

Şəhidlərimizin əziz xatirəsini qəlbində yaşadan bu xanımlar bizə nümunə olmalı deyilmi?

Bu qədər mənasız vır-vır, dır-dır, deyingən Tükəzbanlar bu gün küçəyə çıxıb nə istəyir?

Həqiqətənmi qadınları müdafiə edir?

Etsəydilər ən azı bir qadını şiddətdən xilas edərdilər.

Bu şoudan bezdik!

Daha doğrusu iyrəndik!

Mənbə: www.oxu.az