Britaniyada məktəblər yenidən fəaliyyətə başladı

Britaniyada məktəblər yenidən fəaliyyətə başladı

Bu gündən Böyük Britaniyada məktəblər yenidən fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, krallıqda koronavirus məhdudiyyətlərinin martın 8-dən yumşaldılmasına başlanılıb.
İlkin mərhələdə ölkədəki bütün təhsil müəssisələrində təhsil sistemi bərpa olunub.

Həmçinin bu gündən etibarən 2 fərqli məkanda yaşayan şəxslərin açıq havada görüşməsinə icazə verilib.

Qeyd edək ki, Baş nazir Boris Conson fevralın 22-də verdiyi açıqlamada ölkəsinin sərt karantin rejimindən çıxması üçün hazırlanan 4 mərhələli çıxış planını açıqlamışdı.

Mənbə: teleqraf.com