Nyu-Yorkda 55 min şagird 22 martda əyani tədrisə başlayacaq

Nyu-Yorkda 55 min şagird 22  martda əyani tədrisə başlayacaq

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yeni tip koronavirusa görə bağlı olan dövlət məktəbləri 22 martdan etibarən əyani tədrisə başlayacağı bildirildi. Edilən açıqlamaya görə, şəhərdəki 488 dövlət məktəbinin təxminən 55 min şagirdi və semestrin əvvəlində əyani tədrisi seçən şagirdlərin və 17 min şagirdin məktəbə qayıdacağı qeyd edilib.

Məktəblər açılanda uzaqdan tədris seçən 282 min məktəb şagirdin isə internet üzərindən online qaydada tədrisinə davam ediləcəyi bildirildi .İdman oyunlarının keçirilməsi koronavirus tədbirləri çərçivəsində keçirilməsi planlanır. Xatırladaq ki, Nyu-Yorkda Covid-19 testlərinin müsbət çıxması nisbətinin yüzdə 3-ə çatması ilə, əyani təhsil 18 noyabr 2020-ci ildə müvəqqəti dayandırıldı, ibtidai məktəblər 7 dekabrda, orta məktəblər 25 fevralda açıldı və şagirdlər hissə-hissə siniflərə geri qaytarıldı.
Covid-19 məlumatlarının tərtib edildiyi Johns Hopkins Universitetinin qeydlərinə görə, Covid-19-un ölkədə 1 milyon 700 minə yaxın xəstə ilə ən çox təsirlənən 4 əyaləti olan Nyu-York Kaliforniyadan sonra ikinci sırada yer alır.

Mənbə: sia.az