Azərbaycanda avtomobilinin üzərinə daş parçaları düşən sürücünün bəxti gətirdi - VİDEO

Azərbaycanda avtomobilinin üzərinə daş parçaları düşən sürücünün bəxti gətirdi - VİDEO

Son günlər müşahidə edilən küləkli hava şəraiti zamanı binanın üzərindən qopan daş parçaları park halında olan avtomobilin üzərinə düşüb.

Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkədə yayımlanıb.

“Mercedes” markalı avtomobilin sürücüsü işlək vəziyyətdə olan maşının sükanı arxasına oturub. Avtomobili sürmək istəyən zaman daş parçaları nəqliyyat vasitəsinin üzərinə düşüb.

Daş parçalarından biri hətta avtomobilin lyukunu qıraraq salona daxil olub. Sürücü xoşbəxtlikdən xəsarət almayıb.

Həmin görüntüləri təqdim edirik:

 

Mənbə: www.oxu.az