Hədəf STEM Liseyində festival

Hədəf STEM Liseyində festival

 

Hədəf STEM Liseyində “Özün düzəlt” elm, mühəndislik, faydalılıq festivalı keçirilib.

Liseydən AZƏRTAC-a bildiriblər ki, “Xəyallarını əllərin göstərsin” devizi ilə keçirilən tədbirdə təhsil müəssisəsi şagirdlərinin elm, texnologiya sahəsi üzrə hazırladıqları eksponatlar təqdim olunub. Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiqə festivalın əhəmiyyətindən danışıb.

Sonra il ərzində fərqlənən şagirdlər mükafatlandırılıb.

 

Mənbə: azertag.az