Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi üçün ekskursiya...

Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi üçün ekskursiya...

Şagirdlərimin asudə vaxtının səmərəli keçirməsi, həm maariflənib həm əylənməsi üçün 17 iyun 2019 tarixində sinifim coğrafiya müəlliməsi Hökümə müəllimə birlikdə Bakı şəhərinə ekskursiya təşkil etdik. Ekskursiyaya Şəhidlər Xiyabanını ziyarət etməklə başladıq. Burada onlara Vətən uğrunda canından keçən Şəhidlərimiz barədə məlumat verdik. Şagirdləri ən çox təsirləndirən və düşündürən "Xocalıdan 5 yaşlı qız" məzarı və "Naməlum Şəhid" məzarları oldu.
Daha sonra bir qədər əylənib istirahət edib Qız Qalasına, Şirvanşahlar Sarayına yollandıq. Tariximiz keçmişimiz coğrafiyamız haqqında dərslikdən oxuduqlarını əyani olaraq gördülər. Təbii ki, bu yerləri öz ailə üzvləri ilə gedərkən görmüşlər. Lakin müəllimləri və sinif yoldaşları ilə belə yerləri ziyarət edəndə, bunu bir gəzmək kimi deyil, açıq havada keçirilən bir dərs kimi görürlər.
Şagirdlərimiz həmçinin qısa bir vaxtda Yaponiyadan olan turistlərlə dil tapmağı bacardılar, yapon turistlər də şagirdlərimizi çox sevdi. Şagirdlərimiz səmimiliyi və gülərüzlülüyü ilə yapon qonaqlarda ölkəmiz və insanlarımız haqqında müsbət fikir yarada bilmişlər. Onlar Azərbaycan dilini, bizim şagirdlər Yapon dilini bilməsələr də, maraqlı səmimi söhbət edirdilər hər bizi öz dilində danışaraq.

 

Mənbə: azpress.az