İcbari tibbi siğortanın daha bir üstünlüyü - Həkimlər firma dərmanları yaza bilməyəcək

İcbari tibbi siğortanın daha bir üstünlüyü - Həkimlər firma dərmanları yaza bilməyəcək

İcbari Tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra Azərbaycanda dərman firmalarının həkimlərlə iş birliyinə son qoyulacaq.

Eyni zamanda həkimlərin xəstələrə yazdığı reseptlərə İcbari Tibbi Sığorta Agentliyi və yeni yaradılan Təbib Publik hüquqi şəxs tərəfindən nəzarət ediləcək. Sığorta paketinə daxil olduğu üçün, eyni zamanda ucuz və pulsuz olduğundan, xəstələr də onlara həmin dərmanların yazılmasında maraqlı olacaqlar və bunu həkimdən tələb edəcəklər. Bu haqqda milət vəkili Rəşad Mahmudov ATV.az-a bildirdi ki, “Keçən il Milli məclisdə səhiyyə komitəsində bir neçə dəfə müzakirə aparıldı. Burda bütün məsələ reseptlərdə dərmanın farmaseprik tərkibinin yazılması məsələsidir. Bu da daha çox hansısa sui-istimaRların qarşısını almaq üçün, hansısa bir təşkilatlar, firmalarla həkimlər arasında olan münasibəti qırmaq üçün olan bir yoldur. Bir çox ölkələrdə tətbiq olunub və Azərbaycanda da gələcəkdə bunun bu şəkildə tətbiq olunması və icra strukturları tərəfindən bunun həyata keçirilməsi ilə əlaqədar düşüncələr var. İcbari tibbi sığotanın gələcəkdə inşallah başlaması və istədiyimiz səviyyədə davam etməsi gələcəkdə bu problemlərin həlli istiqamətində də bizə kömək olacaq” deyə qeyd etdi.

 

Maya İmran ATV.az

Mənbə: www.atv.az