Koronavirusun CİDDİ FƏSADLARI aşkarlandı: Hər 50 nəfərdən biri...

Koronavirusun CİDDİ FƏSADLARI aşkarlandı: Hər 50 nəfərdən biri...

Yeni növ koronavirusa (COVID-19) yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəliklərlə qarşılaşır.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-da bununla bağlı ətraflı araşdırma aparılıb.

236 min insanın daxil olduğu araşdırmaya görə, COVID-19 infeksiyasına yoluxanların 34%-də xəstəlikdən sonra altı ay ərzində nevroloji və ya psixoloji problemlər aşkarlanıb.

Bildirilir ki, bu xəstələrin 17%-nə “Anksiyete” 14%-nə “əhval pozğunluğu” diaqnozu qoyulub.

Nevroloji təsirlər daha çox COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərdə qeydə alınıb. Virusa yoluxan hər 50 nəfərdən birində, beynin qan damarlarının daralması və ya tıxanması nəticəsində qan axınının azalması səbəbindən “İnsult” müşahidə olunub.

Hüseyn

Mənbə: publika.az