Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada son bir gündə koronavirusa 517 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 517 585 hal qeydə alınıb, COVID-19-dan 9 264 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 132 046 206, ölüm hallarının sayı 2 867 242 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 475 874 nəfər virusa yoluxub. Daha sonra Braziliya (13 013 601), Hindistan (12 801 785) gəlir.

Mənbə: qafqazinfo.az