Üzərində "Şuşa" yazılan siqaretlərin fotosu yayıldı

Üzərində "Şuşa" yazılan siqaretlərin fotosu yayıldı

Millət vəkili bunu normal qarşıladı, "cinayət deyil" dedi

Son günlər ölkədə üzərində "Qarabağ" yazılan, adı da "Şuşa" olan siqaretlər satışa çıxarılıb.

Həmin hadisə sosial şəbəkələrdə, eləcə də yerli mətbuatda birmənalı qarşılanmayıb. Qarabağın xalqımız üçün həssas bir bölgə olması hər kəsə bəllidir.

Maraqlıdır ki, üzərində "Şirvan", yaxud da "Bakı" olan siqaretlər heç də aqressiya doğurmamışdı. Bəlkə də bu, Qarabağ mövzusunun aktual olduğu bir zamanda baş verdiyinə görə sərt reaksiya doğurub.

Məsələni millət vəkili Razi Nurullayev "Şərq"ə olan açıqlamasında belə şərh edib: "Siqaret çəkmirəm. Ona görə də siqaret adları, həmçinin də bu adda siqaretin olmasından xəbərdar deyiləm. Amma ümumilikdə mən buna pis baxmıram. Həmin adlar da qanunla tənzimlənir.

Mən gözümü açandan görmüşəm ki, Qarabağ, Şuşa adları hər yerə verilib. Kafe, restoran və s. Bu gün də nəyəsə və ya harasa həmin adların verilməsi böyük bir cinayət deyil.

Amma hər halda narahatlıq yaranıbsa, bununla bağlı aidiyyəti qurumlar cavab verməlidir. Mən isə bunu mənfi qəbul etmirəm".

Mənbə: sherg.az