Mərakeş Çindən daha 10 milyon doza koronavirus peyvəndi alacaq

Mərakeş Çindən daha 10 milyon doza koronavirus peyvəndi alacaq

Bakı. Trend:

Çin cari ilin aprel və may ayları ərzində Mərakeşə 10 milyon doza müxtəlif koronavirus peyvəndi tədarük edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Çinin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin (ölkənin ən ali qanunverici orqanı) sədri Li Çjanşu Mərakəşin Nümayəndələr Palatasının (parlamentinin aşağı palatası) sədri Həbib əl-Malki ilə videokonfrans zamanı deyib.

"Mərakəşə çox sayda doza koronavirus peyvəndi göndərən Çin Krallığa aprel və may aylarında daha 10 milyon doza peyvənd tədarükünü təmin edəcək", - məlumatda deyilir.

Mənbə: az.trend.az