Ramazan ayında Türkiyəyə getmək istəyənlərin diqqətinə

Ramazan ayında Türkiyəyə getmək istəyənlərin diqqətinə

Koronavirusa gündəlik yoluxma sayına görə dünyada ikinci yerdə olan Türkiyə vəziyyəti nəzarətə götürmək məqsədilə Ramazan ayında sərt məhdudlaşdırma tədbirləri həyata keçirəcək.

BAKI, 8 aprel — Sputnik. Türkiyə Səhiyyə Nazirliyinin açıqladığı son məlumata görə, bu ölkədə ötən sutka ərzində 54 min 740 yeni yoluxma qeydə alınıb və 276 nəfər dünyasını dəyişib. Sputnik Azərbaycan "CNN Türk"ə istinadən xəbər verir ki, koronavirusa gündəlik yoluxma sayına görə artıq dünyada ikinci yerdə olan Türkiyə vəziyyəti nəzarətə götürmək məqsədilə Ramazan ayında sərt məhdudlaşdırma tədbirləri həyata keçirəcək.

Qardaş ölkəyə səfər etməyi planlaşdıran azərbaycanlılar da aşağıdakı qadağaların tətbiq olunacağanı nəzərə almaldırlar:

– 81 şəhər və rayonda həftə sonları küçəyə çıxmaq qadağan olunur.

– Həftəiçi bütün şəhər və rayonlarda axşam saat 21:00-dan səhər saat 05:00-a kimi küçəyə çıxmaq qadağan olunur.

– Restoran və kafelər bağlı olacaq. Bu müəssisələr yalnız sifarişlə çatdırılma xidməti həyata keçirəcək.

– Bütün ölkə ərazisində toplu şəkildə imsaq və iftar yeməkləri qadağan olunur.

- Ramazan namazları, o cümlədən, bayram namazı məscidlərdə qılınmayacaq.

– Market, ət və ət məhsulları, meyvə-tərəvəz mağazaları yalnız saat 10:00-dan 17:00-a kimi işləyəcək.

– Çörək sexləri, çörək və un məmulatlarının satışı ilə məşğul olan mağazalar açıq olacaq.

 

Mənbə: sputnik.az