Peyvəndlənmə ilə bağlı tez-tez verilən suallar – Ekspert cavablandırır

Peyvəndlənmə ilə bağlı  tez-tez verilən suallar – Ekspert cavablandırır

Hazırda bir çox ölkələrdə koronavirusa qarşı peyvəndlənməyə başlanılıb və ya yaxın günlərdə başlanılacaq. Gələn həftədən bu proses bizdə də başlayacaq.
Rusiyada artıq bir müddətdir ki, vaksinlər vurulur. Bu proses zamanı müxtəlif suallar və nüanslar meydana çıxır ki, bu bizi də gözləyir. Saglamolun.az kp.ru-ya istinadla rusiyalı ekspert Nikolay Krüçkovun peyvəndlənmə ilə bağlı ən tez-tez verilən suallara cavablarını təqdim edir.
1. Herpes varsa, peyvəndə getmək olar?
İnsanların əksəriyyəti herpesin daşıyıcılarıdır. Bu səbəbdən herpes peyvəndlənmə üçün əks-göstəriş deyil. Lakin herpesin (xüsusilə III-cü tip herpesin) kəskinləşməsi zamanı (yüksək qızıdırma, güclü ağrılar və s. ilə müşayiət olunur) gözləmək lazımdır ki, xəstəlik remissiya dövrünə keçsin.
2. Mən allergiyaya meyilliyəm. Peyvənd mənə ziyan vura bilər?
Ağır allergik xəstəliklər (bronxial astma, ağır ekzema, atopik dermatoz və s.) peyvəndlənmə üçün əks-göstəriş sayılır. Lakin xəstəlik yaxşı idarə olunur, dayanıqlı remissiya əldə olunubsa, müalicə həkimi peyvəndlənməyə icazə verə bilər.
Diqqət! Vaksinin hər hansı komponentinə allergiyası olan insanlara koronavirusa qarşı peyvənd vurulmayacaq. Vaksinin tərkibi onun təlimatında qeyd olunur.
Bildiyimiz kimi, peyvəndlənmə 2 mərhələdən ibarətdir. Birinci peyvənd allergiyaya səbəb olarsa, 2-ci peyvəndi vurmaq olmaz.
Allergiya dedikdə qızdırmanın bir qədər qalxması, baş və əzələ ağrıları və s. kimi yanaşı təsirlər nəzərdə tutulmur.
3. Onkoloji xəstəliyi olan inana peyvənd vurula bilər?
Burada da xəstəyə nəzarət edən onkoloqla məsləhətləşmək lazımdır. Dayanıqlı remissiya əldə olunubsa, peyvəndlənməyə icazə verilə bilər.
Xəstəlik aktiv mərhələdirsə, xəstə şişəleyhinə müalicə alırsa, peyvənd vurdurmaq olmaz. Bu xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxarda bilər.
4. Revmatoid artritdən əziyyət çəkənlərə peyvənd vurdurmaq olar?
Revmatoid artrit, sistem qırmızı qurd eşənəyi və s. autoimmun xəstəliklər zamanı adətən kəskinləşmə və remissiya dövrləri növbələşir. Kəskinləşmə zamanı peyvəndlənmə qadağandır. Lakin dayanıqlı remissiya zamanı müalicə həkimi ilə məsləhətləşdikdən sonra peyvənd vurdurmaq olar.
5. Ürək xəstəlikləri və diabetdən əziyyət çəkənlərə peyvənd ziyan vura bilər?
Kəskin vəziyyətdə olmayan xəstələrə peyvənd vurula bilər. Lakin hər konkret halda son qərarı xəstəni müalicə edən həkim (kardioloq və ya endokrinoloq) verməlidir.
6. Epilepsiya xəstələri peyvənd vurdura bilər?
Epilepsiya, insultdan sonrakı vəziyyət, sinir sistemi xəstəliklərindən əziyyət çəkənlərə peyvənd vurula bilər. Lakin nəzərə almaq lazımdır ki, peyvənd epilepsiya tutmasına triqqer ola bilər. Bundan əlavə insanda təzyiq qalxa bilər. Bu səbəbdən sadaladığımız xəstəlikləri olanlara peyvənddən sonra xüsusi nəzarət tələb olunur.
7. İnsan xəstələnibsə, peyvəndi sağalandan neçə müddət sonra vurdurmaq olar?
Kəskin infeksion və ya qeyri-infeksion xəstəliklərdən və həmçinin xroniki xəstəliklərin kəskinləşməsindən sağaldıqdan və ya remissiya əldə olunduqdan sonra 1 ay gözləmək lazımdır.
Yüngül soyuqdəymə, mədə-bağırsaq infeksiyalarından sonra qızdırma normallaşıb və insanın vəziyyəti yaxşılaşıbsa, artıq peyvənd vurdurmaq olar.

Mənbə: aztehsil.com