Bahar Muradovaya peyvəndin ikinci dozası vurulub

Bahar Muradovaya peyvəndin ikinci dozası vurulub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COVID-19 əleyhinə II doz vaksinasiya olunub. Azvision.az xəbər verir ki, bu barədə komitə sədri "Facebook" səhifəsində məlumat paylaşıb. Komitə sədri Bakı Sağlamlıq Mərkəzində peyvənd olunub.

B.Muradova hər kəsə "bol-bol immunitet" arzusu ilə peyvəndləməni başa vurduğunu qeyd edib.



 

Mənbə: azvision.az