Mayda keçiriləcək imtahanlar aprelin 20-nə qədər təsdiq olunacaq

“Şagird-məzun bazasından cari ilin məzunlarının imtahana buraxılış vərəqi müəyyən olunur. Onlar haqqında bütün məlumatlar bizim bazada var".

Bu barədə APA TV-yə açıqlamasında bildirən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib ki, ona görə də cari ilin məzunları üçün buraxılış imtahanı ilə bağlı ərizə doldurub təsdiq etmələrinə, qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur. Onun sözlərinə görə, əvvəlki ilin məzunları arasında buraxılış imtahanı vermək istəyənlər də olur, iştirak etmək istəməyənlər də: “Ona görə buraxılış imtahanından əvvəl onlar ərizələrini dolduraraq qeydiyyatdan keçməlidilər. Qəbul qaydalarına görə, buraxılış imtahanının nəticələri 2 il qüvvədə olur. Kimsə əvvəlki ildə buraxılış imtahanı verib və nəticə qane edirsə, yenidən buraxılış imtahanında iştirak etməyə bilər”.

DİM-in şöbə müdiri qeyd edib ki, pandemiya ilə əlaqədar keçirilən bütün kütləvi tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırılır: “Aprel ayında keçiriləcək imtahanlar artıq Operativ Qərargahla razılaşdırılıb və elan olunub. May ayına nəzərdə tutulan imtahanlar - o cümlədən əvvəlki illərin məzunları üçün nəzərdə tutulan eksternat imtahanları – üçün müraciət olunub. Gözlənilir ki, aprel ayının 20-nə qədər may ayı üçün olan imtahanlar da təsdiq olunacaq və ərizə qəbuluna başlanılacaq. Əvvəlki illərin də, cari ilin də məzunları ərizə qəbulunda iştirak edərək, may ayında imtahan verə biləcəklər”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Dünyanın ən gözəl 30 stadionu

SONRAKI XƏBƏR

Bakıda yetkinlik yaşına çatmayan qız əkiz uşaq dünyaya gətirdi - ŞOK TƏFƏRRÜAT