Dünyanı gəzən ev - FOTOSESSİYA

Pandemiya ilə daha çox təcrid oluna biləcəyimiz və təbiətdə olduğumuz sahələr yaratmağa başladıq.

Milli.Az yenisabah.az-a sitinadən xəbər verir ki, təbiətdə insanlardan uzaq vaxt keçirmək fikri ilə şəhərlərdə evlərini bağlayıb bu dönəmdə karavanda (qoşma vaqon) yaşamağa başlayanların sayı gündən-günə artır. Murfi ailəsi həm karavanda yaşayır, həm də səyahət edirlər. 4 nəfərlik bu ailə, içində bir paltaryuyan maşını, quruducu maşın və istiliyi olan 32 kvadrat metrlik bir karavanda yaşayır.

Bir həftəlik karavan səfərindən qayıdarkən günəş tutulmasını izləmək üçün qısa bir fasilə verən ailə bitmə tarixi bəlli olmayan bir səyahət planlaşdırmağı qərara alıb. Ailə 2017-ci ildə bir karavan alıb və təxminən 5 ay ərzində təmir ediblər. 2018-ci ildə səyahətlərinin ilk illərində karvanlarını böyütmək istədilər və bu 32 kvadratmetrlik karavanı almağa qərar verdilər. Kris və Andy Murfi cütlüyü, 2018-ci ildə Şimali Texasdakı 278 kvadrat metrlik evlərini bu böyük karavanla dəyişiblər. Onların ilk səyahəti Niagara şəlaləsi olub. Onu alanda narahatlıqları olan ailə ilk səyahətə çıxdıqdan sonra narahatlıqlarının aradan qalxdığını və bir karavanda yaşamağın gözlədiklərindən daha asan olduğunu deyirlər. Cütlüklərdən biri uzaqdan işləməyə başladıqda, yola çıxmağa qərar verirlər, və bu karavanda yaşamağa başlayırlar. Evlərini sadələşdirərək yalnız nəyə ehtiyacları olduqlarını təyin edən ailə, artıq karavanda yaşayır və ölkələri gəzirlər. İndiyə qədər 42 ölkə gəzən ailənin məqsədi 50 ölkəyə səyahət etməkdir. Övladlarına daima təbiəti qorumağı və ona yaxşı baxmağı öyrədən ailə, gələcək nəsillərinin gözəl bir dünyada böyümələrini hədəf aldıqlarını söyləyir. Ailə daha kiçik bir məkanda az resurs və enerji ilə yaşayır. Kris və Andy cütlüyü karavanda əbədi yaşamayacaqlarını, ancaq indi daha kiçik bir evdə yaşaya biləcəklərini öyrəndilər.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi - STATİSTİKA

SONRAKI XƏBƏR

Pambıq səpininə başlanılıb (VİDEO)