Niyə başqalarının həyatı ilə bu qədər maraqlanırıq?

Planet sakinlərinin sosial dünyası pandemiya səbəbindən inanılmaz dərəcədə daralıb, və indi başqalarının həyatı bizim üçün hər zamankindən daha maraqlı olub. Tükənmədən əziyyət çəkən həkimlərin fotoreportajını izləyirik, təcrid rejiminə dair qərarlarla bağlı siyasi xəbərləri, o cümlədən özəl adalara uçan məşhurlar haqqında xəbərlər oxuyuruq.

Bəziləri zibil atmağa çıxan qonşuların maskalı olub-olmadığını görmək üçün pəncərədən çölə baxırlar. Bəziləri də internetə rekord miqdarda vaxt sərf edirlər: İngiltərənin Ofcom agentliyi keçən ilin iyun ayında yetkinlərin günün dörddə bir hissəsini internetdə keçirdiyini aşkar etdi, pandemiya başlayandan sonra isə keçirilən sorğu istehlakçıların 40%-nin sosial şəbəkələrə daha çox vaxt sərf etdiyini göstərdi.

Təəccüblü deyil ki, hər gün böyük həcmdə fərdi və ictimai məlumatlar istehlak edirik. İnsan həmişə hər şeyə maraq göstərən məxluq olub. Bizim öz hekayələrimiz başqaları ilə informasiya mübadiləsi nəticəsində formalaşır, bunu Londonun Brunel Universitetinin baş müəllimi Enn Çappell qeyd edir. Lakin pandemiya dövründə başqalarının həyatına maraq yeni zirvələrə çatır.

Və bu, həddi keçdiyimiz kimi görünsə də, özlüyündə pis bir şey deyil. Misilsiz davranış normalarının inkişaf etdiyi bir dövrdə, digər insanları müşahidə etmək pandemiyanın öhdəsindən gəlməyə və adaptasiya olmağa kömək edir.

Ümumi anlaşma

Əlbəttə, vuayerizm yeni bir şey deyil. XIX əsrin mediasında Kardaşyan prototipləri Pepole jurnalından çox əvvəl ortaya çıxmışdır, o isə öz növbəsində Instagram Stories-dən qabaq yaranmışdır. Lakin bu gün insanların məcazi çəpərin arxasına baxmağın on il əvvəlkindən daha çox yolu var. Gündəlik hekayələr, analitik məqalələr və fotoreportajlar göbələklər kimi böyüyür. Sosial şəbəkələr – təkcə Facebook deyil, eyni zamanda Snapchat, Instagram və TikTok, indi isə Clubhouse-dur.

Bununla belə, başqalarının həyatını izləmək istəyi çox vaxt digər insanların razılığı olmadan qeyri-qanuni passıv izləmə kimi bir sıra davranışları nəzərdə tutur. Bu gün başqalarının həyatını izləmək – “xəstə aşiqlik” deyil. Çox güman ki, daha aktiv mübadilə və ya dünyanı başa düşmək üçün bir cəhddir. Çappell Anna Frank kimi insanların tarixi gündəliklərindən bəhs edərək, yazır: “Bir insanın düşüncələri həm onun, həm də ətrafdakı cəmiyyətin həyatı haqqında hekayədir”.

Müşahidə etmək istəyi, yəqin ki, kim olduğumuz barədə məlumat mübadiləsi aparmaq arzusundan irəli gəlir. “Başqa insanlarla şəxsi ünsiyyətdə qarşılaşdığımız bütün hekayələr – həm oxuduğumuz, gördüyümüz və eşitdiyimiz, həm də əlaqədə olduğumuz zaman əldə etdiyimiz məlumatlar bu və ya digər dərəcədə cəmiyyətin formalaşmasına təsir göstərir”, – deyə Çappell qeyd edir.

Öyrənmə və başa düşmə

Covid-19 bütün dünyanı əhatə etdiyi andan etibarən başqalarının həyatı bizim üçün daha maraqlı olmağa başladı. Hər növ məlumat istehlak etmək istəyi qismən gündəlik həyatın məhdudlaşması ilə əlaqədardır. İşdəki həmkarlar və ya uşağınızın futbol komandasındakı valideynlər olsun, “pandemiya dövründəki təcrid rejimi səbəbindən başqalarına daha çox maraq göstərməyə başladıq”, bunu Nyu-Yorkun klinik psixoloqlarından biri Lenoks Hill deyir.

Sosial şəbəkələr insanlara dörd divarın arasından çıxmağa və başqasının həyatını virtual müstəvidə görməyə imkan verir – istər müsahiblərin kitab rəflərinin təhlili, istərsə də yad insanların mətbəxlərində bişirmək üçün istifadə etdikləri reseptlər olsun. Sosial media davranışlarını araşdıran mədəniyyət və brend strategiyası mütəxəssisi Laura Tarboksun dediyinə görə, bu, itirdiyimiz əlaqələr üçün plasebodur.

Sosial şəbəkələr həm də yeni normaların sürətlə möhkəmlənməsində rol oynayır. “Pandemiya zamanı qəbul edilən yeni qaydaları başa düşmək üçün şüurlu və ya şüursuz şəkildə sosial şəbəkələrdən istifadə edirik. Nə etməliyik? Necə davranmalıyıq? Kimlə görüşmək təhlükəsizdir? Sosial şəbəkələr – siqnalları izlədiyimiz və yeni qaydaları öyrəndiyimiz yerdir”, – deyə Tarboks bildirir.

Məqalələr oxumaq, sənədli filmlərə baxmaq və ya yoldan keçənləri müşahidə etmək kimi digər məlumat mənbələri də rol oynayır və sürətlə dəyişən dövrlərdə bir növ dərslik olur. İnsanlar sosial varlıqlardır və nisbi nəzəriyyəyə əsaslanan mühakimə yürütmək üçün qəbiləsinə və cəmiyyətinə güvənirlər.

Başqalarının həyatı – istər televizordakı sənədli film, istəsə də dostumuzun Covid-19-a yoluxmuş nənəsi olsun – bu hadisəni yaşamaq üçün kollektiv müzakirə üçün bir yerdir. Mütəxəssislərin sözlərinə görə, başqalarının narahat olduğunu və ya qorxduğunu gördükdə, dərhal sakitləşirik. Şəxsi qorxularımızı xarici mənbəyə, məsələn, Facebook-dakı paylaşıma köçürürük.

Əfsanələrdən olan məxluqlar

Əlbəttə, hər şeyin müəyyən bir həddi var. Belə ki, istehlak etdiyimiz məlumatlar idrak prosesinə təsir göstərə və çoxlarının əziyyət çəkdiyi narahatlıq hissini daha da gücləndirə bilər.

Lakin Instagram-dan yalnız dostlarınızın necə olduğunu öyrənmək, şirkətinizdəki aparıcı işçilər haqqında məlumat öyrənmək və ya pandemiyanın insanın psixiki sağlamlığına vurduğu zərər barədə oxumaq üçün istifadə edirsinizsə, burada pis bir şey yoxdur. Şüursuz şəkildə baş versə də, vaxt qıtlığı və şəxsi narahatlıqların öhdəsindən gəlməyin bir yoludur.

“Biz hər zaman başqalarına baxırıq, çünki biz – əfsanələrdən olan məxluqlarıq. Həyatımızın mənası digər insanlarla münasibət qurmaqdan ibarətdir”, – deyə Çappell əlavə edir.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ senatorları prezidentə İranla bağlı müraciət etdi

SONRAKI XƏBƏR

Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi