Şəhid anasından ürəkləri riqqətə gətirən ADDIM:çəkməsində... - Foto

Şəhid anasından ürəkləri riqqətə gətirən ADDIM:çəkməsində... - Foto

Aprel Şəhidi Dilqəm Şirinovun anası Sürəyya xanım və şəhidin qardaşı qızı onun çəkməsində gül əkiblər.

"Sherg.az" xəbər verir ki, bu təsirli foto cəmiyyətdə və eləcə də sosial mediada ürəkləri riqqətə gətirib.

İnsanlar bu fotoya çoxsaylı şərhlər yazaraq Şəhidimizə rəhmət, onun anasına isə möhkəm can sağlığı və səbir diləyiblər.

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Bu savaş Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunub. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanın. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozub. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini azad edib.

Mənbə: sherg.az