Ağdamda qoyun otaran şəxs minaya düşdü, sol ayağı amputasiya edildi - FOTO - YENİLƏNİB

Ağdamda qoyun otaran şəxs minaya düşdü, sol ayağı amputasiya edildi - FOTO - YENİLƏNİB

Dünən saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşməsi barədə xəbər vermişdik.

APA minaya düşən şəxsin fotolarını təqdim edir:

Saat 09:59

Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib. 

APA-ya Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır. 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".

 

Mənbə: apa.az