Morqa aparılan uşaq DİRİLDİ

Morqa aparılan uşaq DİRİLDİ

Qananın Bolqatanqa şəhərində morqa aparılan uşaq ayılıb.

BiG.AZ "Pulse" nəşrinə istinadən xəbər verir ki, bu barədə meyitxana işçisi Alxassa Azaare Deniel "Dreamz FM" radiosunun efirində danışıb.

Onun sözlərinə görə, bir gün doqquz yaşlı uşağın meyitini aparmaq üçün onu xəstəxananın uşaq şöbəsinə çağırıblar. Yolun yarısından çoxunu keçdikdə uşaq asqırıb və öskürməyə başlayıb.

"Mən dərhal dayandım və uşağı qucağıma alıb şöbəyə apardım. Tibb bacıları meyiti niyə qaytardığımı soruşdular. Mən uşağı yatağa qoyub, onun sağ olduğunu bildirdim. Hər kəs təəccüblənmişdi", - deyə Deniel danışıb.

O, uşağın sonradan sağalıb xəstəxanadan evə buraxıldığını əlavə edib.

 

 

Mənbə: big.az