Daha bir müəllim koronavirusdan öldü

Bakıda 42 nömrəli məktəbin ibtidai sinif müəllimi Sara Rzayeva koronavirusdan vəfat edib.

Bu barədə “Qafqazinfo”ya müəllimin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 65 yaşlı müəllim aprel ayının əvvəllərində koronavirusa yoluxub. Aprelin 17-də müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris distant formada təşkil olunur.

Gülnar Əliyeva

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Abrahamyandan Paşinyana: “Sizin təyin etdiyiniz komandir heyətidir, kimə minnət vurusunuz?”

SONRAKI XƏBƏR

Zakaryan Samvel Babayana cavab verib: “Cənab generallar, mühakimə olunmağa hazırlaşın”