Sürücünün başına şok hadisə gəldi - Başqasının cəriməsi ona yazıldı - VİDEO

Masallıda yaşayan sürücüyə Şəkidə qayda pozması ilə bağlı elektron protokol tərtib edilib. Sürücü iddia edir ki, heç vaxt şəkidə olmayıb. Amma ona Şəkidə baş verən və sözügedən rayona məxsus dövlət nömrə nişanlı avtomobilin sahibinin pozduğu inzibati xətanın cəriməsi gəlib. Yaranmış vəziyyətdən sürücü indi çox narahatdır. Məsələyə Baş Dövlət Yol Polisi İdarəsi də münasibət bildirib.

''Mersedes'' markalı avtomobil idarə edən sürücüyə ''Vaz-21099'' markalı avtomobilin törətdiyi inzibati xətanın cəriməsi gəlib.

Maraqlı hadisə Masallı rayon sakini Həsən Abıyevin başına gəlib. Sürücü iddia edir ki, onun idarə etdiyi avtomobil ''99-FR-870'' dövlət nömrə nişanlı ''Mersedes'' markalı avtomobildir. Amma ona bir neçə gün əvvəl Şəki şəhərində qayda pozduğu üçün radara düşməsi ilə bağlı elektron protakol tərtib edilib. Sürücü protakola baxarkən müəyyən edib ki, avtomobil ''55-BH-744'' dövlət nömrə nişanlı ''Vaz-21099'' markalı maşındır.

Qeyd edək ki, həmin sürücü avtobus dayanacağında dayanma və durma qaydasını pozduğu üçün 40 manat cərimə olunub. Həsən Abıyev heç bir qaydanı pozmadığı halda ona elektron protakol tərtib olunmasından indi çox narahatdır.

Yaranmış vəziyyətlə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ''Xəzər Xəbər''ə bildirdi ki, sürücü Baş İdarəyə müraciət etməlidir. Bu məsələ araşdırılmalı, əgər sürücüyə tərtib edilən elektron protakol yalnışdırsa, bu, qayda pozan avtomobilin əsl sahibinə yönəldiriləcək.

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

İsrail ABŞ-ın İranla razılaşacağını düşünür

SONRAKI XƏBƏR

Almaniya Futbol Liqası: “Bu, Avropa futboluna zərbə vuracaq məsuliyyətsiz qərardır”