Vətən müharibəsinin qəhrəman döyüşçüsü - Şəhid Ülvi Müseyibli dörd medalla təltif edilib - VİDEO

Vətən müharibəsinin qəhrəman döyüşçüsü - Şəhid Ülvi Müseyibli dörd medalla təltif edilib - VİDEO

Vətən müharibəsində rəşadət göstərən igid hərbçilərimizdən biri də Ülvi Müseyibli olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Ülvi Müseyibli 1991-cu ildə İsmayıllı rayonu, Xəlilli kəndində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşə yollanıb. Ülvi qəhrəman əsgər kimi Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Valideynləri onu evləndirmək istəyib. Lakin o deyib ki, yalnız torpaqlarımız azad olunandan sonra ailə həyatı qura bilər.

Ülvi Müseyibli kənd qəbirisanlığında dəfn olunub. O, ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Mənbə: news.milli.az